Gizli eşq yaşayan qadını rüsvay etməklə hədələdi, pullarını aldı
Bakının Səbail rayonu sakinindən şantaj yolu ilə 13 min manat alınıb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 57 yaşlı P.İ. rayon prokurorluğuna müraciət edərək 2017-ci ilin aprel ayından 2019-cu ilin aprel ayına kimi tanışı – Biləsuvar rayon sakini 51 yaşlı A.İ. tərəfindən şantaj edildiyini bildirib.
Şikayət ərizəsinə görə, A.İ. qadını gizli eşq macərasını hər kəsə danışacağı ilə hədələyib. Yalnız pul müqabilində susmağa razılaşıb. Əvvəl zərərçəkən dələduzun şərtini qəbul etsə də, çox keçmədən səhvə yol verdiyini anlayıb.
Sirrin saxlanılmasına görə tələb olunan məbləğlər getdikcə artıb. Qadın bunun sonunun olmayacağını başa düşüb və prokurorluğa şikayət ərizəsi ilə müraciət edib.
Hazırda materiallar Səbail rayon Polis İdarəsinə göndərilib və fakt üzrə araşdırma başlanılıb. Hələlik faktla bağlı saxlanılan yoxdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir