Geyimlərdəki kimyəvi maddələrdən allergiya riski!
Geyimlərimizin tərkibindəki bəzi maddələr dərimizdə ciddi problemlərə səbəb ola bilər. Üzdə və göz ətrafında şişkinlik, dəridə səpkilər kimi əlamətlər bəzən geyimlərimizdən qaynaqlanır. Bu barədə allerqoloq Ramil Qocayev açıqlama verib. O bildirib ki, bədənlə təmasda olan geyimlər və digər vasitələr orqanizmdə müxtəlif allergik reaksiyalar yarada bilər.
Minval.info xəbər verir ki, xüsusilə geyimlərin tərkibindəki kimyəvi maddələrin və tünd rənglərin çoxluğu bədənin müxtəlif nahiyələrində səpkilər, qızartılar, sulanmalar və göz ətrafında quruluq kimi fəsadlara yol açır. Hər bir əşya allergiya mənbəyinə çevrilə bilər və hər orqanizmin fərdi xüsusiyyətləri olduğu üçün reaksiyalar da müxtəlifdir. Həm yeni, həm də köhnə geyimlər əsas risk faktorları sırasındadır.
Həkim, mövsüm dəyişikliyi zamanı diqqətli olmağı tövsiyə edir. Payızın gəlişi ilə uzun müddət saxlanılan yerlərdən çıxarılan geyimlərdə toz gənələri və ya müxtəlif mikroorqanizmlər məskən sala bilər. Bu da orqanizmdə asqırma, gözlərdə sulanma və qızartı ilə müşayiət olunan mövsümi allergik reaksiyalara səbəb ola bilər. Belə hallara daha çox yaz və payız fəsillərində rast gəlinir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir