Gəlinini bıçaqlamaqda ittiham olunan şəxs təcridxanada vəfat etdi
Ağdaş rayonunda gəlininə hücum edərək onu bıçaqlamaqda ittiham olunan 72 yaşlı şəxs istintaq təcridxanasında dünyasını dəyişib. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Minval.info xəbər verir ki, 1954-cü il doğumlu Xanbala Ağayev saxlanıldığı təcridxanada həyatını itirib. Onun cəsədi artıq ailəsinə təhvil verilib.
Xatırladaq ki, X.Ağayevin oğlu keçən il yol-nəqliyyat qəzasında həlak olmuşdu. Bu hadisədən sonra gəlin, X.Ağayevin evindən ayrılaraq başqa bir məkanda yaşamağa başlamışdı. X.Ağayev, gəlinin ünvanını öyrənərək onun mənzilinə qanunsuz şəkildə daxil olmuş və ona bir neçə bıçaq zərbəsi endirmişdi.
Cinayət cəhdinin qarşısını X.Ağayevin qardaşı oğlu İslam Ağayev almışdır. Yaralı gəlin dərhal xəstəxanaya çatdırılmış və tibbi müdaxilələr nəticəsində onun həyatı xilas edilmişdir.
Hadisə ilə əlaqədar X.Ağayev saxlanılaraq istintaqa təhvil verilmişdi. Onun barəsində cinayət işi açılmışdı, lakin o, istintaq təcridxanasında vəfat edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir
Milyonçu Bəxtiyar Dalinin zorlamağa cəhd etdiyi qadın müğənni imiş