01.12.2018 - 22:59
Dünya
18 baxış
G20 iclasında prezidentə doğum günü sürprizi

Argentina Prezidenti Maurisio Makri G20 sammitində Çili Prezidenti Sebastian Pineranı doğum günü münasibətilə təbrik edib.
Axar.az xəbər verir ki, Makri çilili həmkarına üzərində şam olan tort göndərib və iclasa başlamazdan əvvəl mikrofonla Pineraya təbrik ünvanlayıb.
69 yaşı tamam olan Pinera şamı söndürdükdən sonra Argentina prezidentinə təşəkkür edib.
Qeyd edək ki, ötən gün Argentinanın paytaxtı Buenos-Ayresdə G20 sammiti öz işinə başlayıb. İki gün davam edəcək sammitdə 19 ölkə lideri və Avropa Birliyindən olan nümayəndələr iştirak edir, 3 mindən çox jurnalist isə sammiti canlı izləyir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
19.09.2026 - 12:30
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
19.09.2026 - 11:41
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
19.09.2026 - 11:20
Nobel mükafatının məbləği rekord həddə çatdı
19.09.2026 - 09:14
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
18.09.2026 - 23:26
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
18.09.2026 - 19:35
Qızılın qiyməti yenidən yüksəlir!
18.09.2026 - 16:40
Körfəz ölkələrində ABŞ-a etimad sarsılır: Səbəblər nədir?
18.09.2026 - 13:31