Gəncə olaylarına görə daha bir nəfər BELƏ MƏHV EDİLDİ - ANBAAN VİDEO

Gəncədə ictimai asayişi pozmağa cəhd göstərmiş daha bir nəfər zərərsizləşdirilib.
Minval.İnfo-nun Trend-ə istinadən verdiyi məlumata görə, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü qrupun fəal üzvlərindən daha biri Səmədov Fuad Tofiq oğlu zərərsizləşdirilib.
Belə ki, iyulun 28-də Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı F.Səmədovun Samux şəhərində gizləndiyi yer müəyyən edilib.
Onun tərksilah olunması və saxlanılması üzrə keçirilən xüsusi əməliyyat zamanı silahlı müqavimət göstərərkən cavab tədbiri olaraq məhv edilib.
Hadisə yerində F.Səmədovun üzərindən “Makarov” tipli tapança aşkar edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir