Gəncə olaylarına görə axtarılan şəxs Rusiyada saxlanıldı
Gəncə hadisələrinə görə Azərbaycanın axtarışa verdiyi şəxs ötən gün Rusiyanın paytaxtı Moskvada saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Moskva” şəhər xəbərləri agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb.
Bu ilin iyulundan İnterpol xətti ilə axtarışda olan və adı qeyd olunmayan 34 yaşlı şəxs Azərbaycan CM-nin “terrorizm”, “qəsdən adam öldürməyə cəhd”, “qanunsuz silah dövriyyəsi”, “dövlət qulluqçusunun həyatına qəsd”, “hakimiyyətin zorla ələ keçirilməsi”, “qanunvericiliklə nəzərdə tutulmayan silahlı qruplaşma yaratmaq”, “dövlətə qarşı yönələn ictimai çağırışlar etmək” maddələri ilə axtarışa verilib.
İstintaq məlumatına görə, həmin şəxs Gəncə şəhərində baş verən iyul hadisələri ilə əlaqəlidir.
Onun saxlanılması ilə bağlı Azərbaycan tərəfi də məlumatlandırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
Deputat Sergey Çepikov 59 yaşında vəfat etdi
Şəhidin həyat yoldaşı faciəli şəkildə öldü
Təhlükəli məhsullar bazardan yığışdırılır!
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
Şoyqudan Paşinyana ittiham: Basqın siyasəti!