Gəncədə toydan qayıdan müğənnini döyüb öldürdülər

Gəncə şəhərində qətl hadisəsi törətməkdə ittiham olunan Həbib Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Minval.İnfo “Ölkə.Az”a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və baxış iclası aprelin 15-nə təyin edilib.
İttihama görə, ötən il iyulun 31-də Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Kamran Yusifov naməlum şəraitdə döyülüb. O, həmin gün ağır kəllə-beyin travması ilə Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, avqustun 1-də günorta saatlarında dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Həbib Əliyev tutularaq istintaqa təhvil verilib.
İstintaq orqanı tərəfindən Həbib Əliyevin barəsində Cinayət Məcəlləsilinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, öldürülən Kamran Yusifov toylarda xanəndə kimi çıxışlar edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir