Gəncədə qız şagirdləri arasında BIÇAQLANMA
Gəncədə orta məktəbdə bıçaqlanma hadisəsi olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şəhər Baş Polis idarəsinə məktəblərdən birinin 9-cu sinif şagirdi olan qızın müxtəlif bıçaq xəsarətləri alması və xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat daxil olub.
Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar. Araşdırmalar zamanı məktəbliyə xəsarəti onun sinif yoldaşı olan digər qız şagirdin yetirildiyi məlum olub.
Məlumata əsasən, yeniyetmə qıza iki bıçaq xəsarəti dəyib. Onlardan biri boyun, digəri isə kürək nahiyəsinə zərər yetirib.
Hazırda Gəncə şəhər Baş Polis İdarəsində faktla bağlı araşdırma aparılır, araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir