Gədəbəydə arvadını baltalayan şəxsin məhkəməsi başlayıb

Gəncə Ağır Cinayətlər Məhkəməsində adamöldürməyə cəhd etməkdə təqsirləndirilən Əlviz Əsgərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
“Report”un xəbərinə görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası martın 18-nə təyin edilib.
Qeyd edək ki, cinayət hadisəsi ötən ilin oktyabr ayında Gədəbəy rayonunda baş verib. 1976-cı il təvəllüdlü Qozqaralı kənd sakini Ə.Əsgərov həyat yoldaşı, 1977-ci il təvəllüdlü Könül Allahverdiyevanı baltalayıb.
Yaralı əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə.Əsgərov saxlanılıb, barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Məlumata görə, Ə.Əsgərov həyat yoldaşını qısqanclıq zəminində balta ilə vurub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir