Füzulidə Anım Günü qeyd edildi - Fotolar
27 sentyabr – Anım Günü ilə əlaqədar olaraq Füzuli rayonunda da mərasim təşkil olunub.
“MİNVAL.İNFO” xəbər verir ki, tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, 84 saylı Füzuli seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Vüqar Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, N saylı hərbi hissənin şəxsi heyyəti, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.
Tədbirdə Şəhid valideynləri, qazilər və rayon rəsmiləri çıxış edərək 44 günlük zəfər savaşından söhbət açıblar. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin adına ucaldılmış Şəhidlər Abidə Kompleksi ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub, gül dəstələri düzülüb.







Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?