Fransada etiraz aksiyalarında azı 25 min insan iştirak edir

Fransada yanacağın qiymətinin qalxması ilə əlaqədar 8-ci etiraz aksiyasında azı 25 min insan iştirak edir.
Trend-in məlumatına görə, bu barədə “Agence France-Presse” agentliyinə hüquq-mühafizə orqanlarından bildiriblər.
Xatırladaq ki, daha əvvəl Fransa polisi Parisdə “sarı jiletlər”in keçirdiyi etiraz aksiyasının iştirakcılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Polislərin etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etməsinə səbəb aksiya iştirakçılarının hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və butulka atmaları olub.
Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları Bove şəhərində etirazçılar tərəfindən edilən provokasiyarldan sonra aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər.
Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat “sarı jiletlər” adlandırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ