Fransa prezidenti ümumi Avropa ordusunu yaratmağı təklif edib
Fransa prezidenti Emmanuel Makron ABŞ-dan asılı olmayan Ümumavropa ordusu yaratmağı təklif edib.
Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, Emmanuel Makron bunu “Europe 1” radiostansiyasının efirində deyib. “Əsl ordu qurmasaq avropalıları qoruya bilməyəcəyik. Bizim Birləşmiş Ştatlar olmadan da özünü müdafiə edə bilən Avropamız olmalıdır”, – deyə o bildirib.
Fransa prezidenti hazırda virtual məkanda Avropanın daxili demokratik proseslərinə çox sayda müdaxilə cəhdlərinin olduğunu vurğulayıb. Onun sözlərinə görə, Avropa Çindən, Rusiyadan və hətta Birləşmiş Ştatlardan da müdafiə olunmalıdır.
Avropalı siyasətçilər mütəmadi olaraq Aİ-nin vahid ordusunun qurulması təklifi ilə çıxış edirlər. Bir qədər öncə büdcə məsələləri üzrə Avropa komissarı Hünter Ettinger “Avropada və xarici missiyalarda demokratiya, insan hüquqları və azadlıqdan məsul olan ordu” barədə arzularını dilə gətirmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü