Fransa ilə İtaliya arasında diplomatik qalmaqal
Fransa İtaliyadakı səfiri Kristian Massetini məsləhətləşmələr aparmaq üçün geri çağırıb.
Bu barədə “France Presse” agentliyi məlumat yayıb.
Rəsmi Parisin bu addımının səbəbi İtaliya baş nazirinin müavini, iqtisadi inkişaf naziri Liuci Di Maionun həftənin əvvəlində Fransadakı “sarı jiletlilər” etiraz hərəkatının nümayəndələri ilə görüşməsidir.
Həmin görüşdən sonra Fransa İtaliyaya təxribatlara uymamaq barədə xəbərdarlıq etmişdi. Fransa XİN-in sözçüsü isə bildirmişdi ki, Roma Fransanın daxili işlərinə qarışaraq ikitərəfli münasibətlərə xələl gətirməməlidir.
İtaliya baş nazirinin digər müavini, daxili işlər naziri Matteo Salvini isə açıq şəkildə bəyan etmişdi ki, “bütün qəlbimlə Fransanın dəhşətli hökuməti və qorxunc prezidentinin idarəçiliyi altında yaşayan Fransa xalqının yanındayam”. (virtualaz.org)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ