Əfqanıstandan çıxarılan ABŞ diplomatları Qətərdə işləyəcəklər

ABŞ Kabildə diplomatik iştirakını dayandırıb və bundan sonra Əfqanıstan istiqamətində fəaliyyətini Qətərin paytaxtı Dohadan həyata keçirəcək.
“MİNVAL.İNFO” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Entoni Blinken məlumat verib.
O, həmçinin “belə bir çox mürəkkəb dövrdə son dərəcə cəsur iş görmüş” ABŞ-ın Əfqanıstandakı səfiri vəzifəsini icra etmiş Ross Uilsona minnətdarlığını bildirib.
Bundan sonra R.Uilsonun vəzifəsini onun müavini Yan MakKeri tutacaq.
ABŞ-lıların və onlarla əməkdaşlıq etmiş əfqanların və digər ölkə vətəndaşlarının Əfqanıstandan çıxarılması əməliyyatlarına rəhbərlik ABŞ-ın bu ölkədəki sabiq səfiri Con Bassa tapşırılıb. O, təxliyə əməliyyatına nəzarət etmək üçün Kabilə qayıdıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə pedofillər xədim ediləcək
ABŞ təyyarələrinin İran üzərindən uçuşlarına qadağa qoyuldu
Tramp: "ABŞ Xaşoginin qatillərinin adlarını açıqlayacaq"
İranda “Google” bloklandı
Biznesmenlər külli miqdarda pullarını Rusiyadan çıxarır
Gürcüstandan Ermənistana sərt qadağa
Ağır döyüşlər qarşıdadır: Ukraynanın Suriyaya çevrilməsi planı var