Əfqanıstanda türk mənşəli 8 uşaq acından ölüb

Əfqanıstan parlamentinin deputatı Məhəmməd Mohakik ölkənin qərb hissəsində 8 uşağın acından öldüyünü bildirib.
Bu barədə Minval.info “RİA Novosti”yə istinadən xəbər verir.
“Yoxsulluq və aclıq Əfqanıstanın qərbində 8 uşağı öldürüb”, – deyə siyasətçi qeyd edib. O, bildirib ki, bu ərazidə ölkənin etnik türk xalqlarından olan xəzərilər yaşayır.
Mohakik əlavə edib ki, “Taliban” əvvəlki hakimiyyət kimi xalqı zəruri həyat tərzi ilə təmin etmir. O, beynəlxalq ictimaiyyətə müraciət edərək xəzərlərə (hezarilərə-red) və şiələrə yardım göstərməyə çağırıb.
Qeyd edək ki, BMT-nin Əfqanıstana yardım missiyasının rəhbəri Debora Layons da ötən ay xəbərdarlıq edərək bildirib ki, beynəlxalq ictimaiyyətin yardımı olmasa, ölkədə kütləvi aclıq başlayacaq.
Onun sözlərinə görə, bir sıra ölkələr Əfqanıstanın maliyyə və donor vəsaitlərinə girişini bağlayıblar ki, vəsaitlər “Taliban”a qalmasın.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!