Əfqanıstanda qadınlar aksiya keçirirlər

Kabildə ölkənin qadın sakinləri yenidən aksiya keçirirlər.
“MİNVAL.İNFO” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə nümayiş iştirakçılarından biri bildirib.
Onun sözlərinə görə, nümayişçilər Qor vilayətinin həbsxana işçiləri tərəfindən öldürülmüş 8 aylıq hamilə qadın – Neqar Məsuminin portretinin əks olunduğu plakatlar qaldırıblar.
“Taliban”ın nümayəndəsi Məsuminin ölümünün onlarla bağlı olmadığını bəyan edib.
Yürüş iştirakçıları ölkənin idarə olunmasında qadınların iştirakının təmin olunmasını tələb edirlər.
Nümayiş iştirakçısı “talibançı”ların yürüşə mane olmağa çalışdıqlarını bildirib. Etirazçılara qarşı güc tətbiq edilməsi barədə məlumat verilmir.
Qeyd edək ki, bu, əfqanların yeni hakimiyyətin yürütdüyü siyasətə etiraz etdiyi ilk nümayiş deyil.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!