12.09.2021 - 23:09
Dünya 1 baxış

Əfqanıstanda Müqavimət Cəbhəsilə “Taliban” arasında döyüşlər davam edir

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” yaraqlıları ilə onlara qarşı çıxan Müqavimət Cəbhəsi qüvvələri arasında döyüşlər davam edir.

“Minval.info” xəbər verir ki, bu dəfə qarşıdurmanın ölkənin şimalındakı Bəğlan vilayətində baş verdiyi bildirilib.

Yayılan məlumatlara görə, döyüşlər zamanı taliblər itki verərək geri çəkilməli olublar.

Qeyd edək ki, hazırda “Taliban” öz hakimiyyətini Əfqanıstanın bütün ərazisi üzərində bərqərar etməyə çalışır. Onun qarşısını yalnız Əhməd Məsudun rəhbərlik etdiyi Müqavimət Cəbhəsi alır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: