Əfqanıstan-Türkmənistan sərhədində silahlı toqquşma oldu
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal “Taliban” silahlıları ilə Türkmənistan sərhədçiləri arasında iki dövlətin sərhədində silahlı toqquşma baş verib.
Minval.info “Oxu.az”a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın “Hasht-e subh” qəzeti öz elektron versiyasında məlumat yayıb.
“Üç gün əvvəl türkmən sərhədçiləri bir mülki şəxsi öldürüb, digərini döyüblər. İnsidentin araşdırılması zamanı onların hərəkətlərinə cavab olaraq “Taliban” döyüşçüləri atəş açıblar”, – deyə məlumatda bildirlib.
Qeyd olunub ki, Türkmənistan sərhədçiləri ilə “Taliban” arasında atışma bazar ertəsi səhər Cövzcan vilayətinin Həmab rayonunda baş verib. Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.
Xatırladaq ki, ötən ilin dekabrında Əfqanıstan – İran və Əfqanıstan – Pakistan sərhədlərində də “Taliban” yaraqlılarının iştirakı ilə oxşar hadisələr baş verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İrana quru əməliyyatı ehtimalı ilə bağlı iddialar güclənir
İran ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərini vuracaq – Tehrandan xəbərdarlıq
Ukrayna “Şahed”lərə qarşı yeni silahı sınaqdan KEÇİRDİ
Ağdam sakini Rusiya-Ukrayna müharibəsində həlak oldu
Rusiya ordusu irəliləyir: Ukraynada daha üç yaşayış məntəqəsi ələ keçirildi
Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
Ukrayna PUA-larına görə Rusiyada uçuşlar dayandı