Əfqan qadınlar etiraza başladı - “Geyimimə toxunma“

Son zamanlar bir çox əfqan qadını rəngarəng milli geyimlərlə şəkillərini sosial şəbəkələrdə paylaşır.
Minval.info xəbər verir ki, Əfqanıstan zərif cins nümayəndələri “Geyimimə toxunma”, “Əfqanıstan mədəniyyəti” həştəqləri ilə çoxsaylı paylaşımla diqqəti çəkib.
Onlar “Taliban”ın yeritmək istədiyi şəriət hökmlərinə, xüsusən, burqa taxmaq məcburiyyətinə qarşı çıxıblar.
Hüquqlarının zədələndiyinə etiraz edən qadınlar hərəkətə keçiblər.
Digər tərəfdən, bir neçə gün əvvəl Kabildəki İbn Sina Universitetində oğlan və qız tələbələrin auditoriyada pərdə ilə ayrılması qlobal mediada etiraz dalğası doğurub.
Sosial mediada bir çox əfqan qadın bu ayrıseçkiliyin Əfqanıstanın ənənələrinə uyğun olmadığını bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Özcan Denizin bacısı Ərdoğana müraciət etdi
İran hakerləri ABŞ-a hücumları artırıblar
ÜST-dən bədbin proqnoz: “Koronavirusa qarşı peyvənd...”
Almaniya Navalnının analiz nəticələrini Rusiyaya göndərməkdən imtina etdi
Moskvaya iş üçün gedənlərə şad xəbər: Prosedur sadələşdiriləcək
20 tibb bacısı eyni vaxtda ana oldu - Foto