Fırıldaqçılıqda ittiham olunan Vüsalə Səid susqunluğunu pozdu
Bir müddət əvvəl aparıcı Aysel Nazim tərəfindən “Sinema güzeli” yarışmasına görə fırıldaqçılıqda ittiham olunan Vüsalə Səid susqunluğunu pozub.
Minval.info xəbər verir ki, sözügedən layihənin eks-təşkilatçısı müsabiqənin adını dəyişərək yeni layihəyə start verib. Bu barədə o, “facebook” sosial şəbəkəsində məlumat yayıb. Teleaparıcı yazdığı statusda mətbuat konfransında onu ləkələyənlərə cavab verəcəyini qeyd edib:
“Nəzərinizə çatdırırıq ki, fevral ayının 23-də Türkiyənin məşhur “Sinemanın kral ve kraliçesi yarışması”nın Azərbaycan seçimi keçiriləcək. Bu münasibətlə təşkil olunan mətbuat konfransında “Sinemanın kral ve kraliçesi” layihəsinin qanuni və tək təmsilçisi Vüsalə Səid Əyyubqızı layihə barədə ətraflı məlumat verəcək, o həm də Kütləvi İnformasiya Vasitələri və sosial şəbəkələrdə yayımlanmış əsassız ittihamlara münasibət bildirəcək, bu ləkələmə kampaniyasını təşkil edənlərin əsl məqsədlərini üzə çıxarmaq üçün sənədlər təqdim edəcək”.
Xatırladaq ki, bir müddət öncə əməkdar artist Məlahət Abbasova bu kimi müsabiqələri fırıldaqçılıq, pul tələsi adlandıraraq ötən il təşkil olunan “Sinemanın kral və kraliçesi” yarışmasının qaliblərinin ortada olmadığını bildirib. Daha sonra A. Nazim mətbuat konfransı keçirərək o da həmkarını dələduzluqda ittiham edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Nə qədər cahil millətimiz var” - Şəbnəm
Rektor Əvəz Zeynallı ilə Vüsalə Ağabəylini məhkəməyə verdi
Bakıda daha bir liseydə QALMAQAL - Şagirdi intim fotoları ilə şantaj edirlər
Ayanla Xatun arasında “mədəniyyət” qalmaqalı
“O müğənnilər heç vaxt əxlaq nümunəsi ola bilməz” – Mətanət sərt danışdı