Sentyabrda Bakı metrosunda sərnişin sıxlığı artıb
Sentyabr ayında Bakı metrosu sərnişin axını ilə diqqət mərkəzində olub. Ay ərzində metrodan 14 milyondan çox insan istifadə edib ki, bu da şəhər nəqliyyatının əhəmiyyətini bir daha göstərir.
Minval.info xəbər verir ki, “Bakı Metropoliteni” QSC-dən əldə olunan məlumata görə, sentyabrın 23-dən etibarən “Xocəsən” və “Avtovağzal” stansiyaları müvəqqəti olaraq ödənişsiz xidmət göstərib və bu müddət ərzində 120 min 336 sərnişin bu stansiyalardan istifadə edib.
“28 May” stansiyası 1 milyon 474 min 403 sərnişinlə ayın ən çox istifadə edilən stansiyası olub. Xüsusilə 21 sentyabrda 638 min 613 sərnişin daşınıb ki, bu da ayın ən yüksək göstəricisi olub.
Formula 1 yarışları zamanı “İçərişəhər” və “28 May” stansiyalarında adi günlərlə müqayisədə daha çox sərnişin sıxlığı müşahidə olunub. Bu dövrdə “İçərişəhər”dən 12 min, “28 May”dan isə 13 min nəfər artıq sərnişin istifadə edib.
NFC və QR bilet vasitəsilə həyata keçirilən ödənişlər 7 milyon 662 min 936-ya çatıb ki, bu da ümumi sərnişinlərin 54,42%-nin ödənişli istifadə etdiyini göstərir. Bu rəqəm avqust ayı ilə müqayisədə 1% artıb. “Əlçatan metro” xidmətindən istifadə edən sərnişinlərin sayı isə 112 nəfər olub və bu, avqusta nisbətən 41,77% artım deməkdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Son həftə azad edilmiş 1144,9 hektar ərazi minalardan təmizləndi
Fermerlər pambıq pullarını ala bilmir
Gəncənin ilk mülki şəhidinin anası oğlunun xatirələrini bölüşdü
Vətən müharibəsi iştirakçısı Cəlilabadda vəzifəyə təyin edildi
Bakıda axşam yağış yağacaq, bəzi bölgələrdə şimşək çaxacaq
Təhsil işçiləri Beynəlxalq Müəllimlər Günündə təltif edilib
Paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq