05.10.2026 - 18:38
Bakıda və bölgələrdə leysan və dolu gözlənilir
Ölkə 2 baxış

Bakıda və bölgələrdə leysan və dolu gözlənilir

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-7-si günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu günlərdə yağışın qısamüddətli leysan xarakterli olması gözlənilir.

Minval.info xəbər verir ki, 6-sı gündüz yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, 7-si gecə və səhər isə bir qədər intensivləşəcəyi ehtimal edilir. Bununla yanaşı, Azərbaycanın rayonlarında da oktyabrın 6-sı axşamdan 7-si gününə qədər fasilələrlə yağış yağacağı gözlənilir.

Ayrı-ayrı rayonlarda leysan xarakterli intensiv yağış, şimşək, dolu və dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağıntıların güclənməsi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti çaylarda sululuğun artmasına səbəb ola bilər. Böyük və Kiçik Qafqaz, Lənkəran-Astara bölgəsi və Naxçıvan MR-nın bəzi çaylarında qısamüddətli daşqın və sel keçmə ehtimalı istisna olunmur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: