Gəncənin ilk mülki şəhidinin anası oğlunun xatirələrini bölüşdü
Gəncə şəhərinin Şəhidlər xiyabanında 600-ə yaxın Vətən fədaisi dəfn edilib. Onların 480-i Birinci Qarabağ müharibəsinin, qalanları isə Vətən müharibəsinin şəhidləridir.
Minval.info xəbər verir ki, Vətən müharibəsi zamanı Gəncədə raket hücumları nəticəsində həyatını itirən 26 nəfərdən bir neçəsi də bu xiyabanda torpağa tapşırılıb.
Bu şəhidlər arasında ilk mülki şəhid Tunar Əliyevin anası Validə Əliyeva da var ki, o, müharibədən keçən altı il ərzində oğlunun məzarını ziyarət etməyi unutmur.
Validə Əliyeva Baku TV-yə verdiyi müsahibədə oğlunun son günü və onunla bağlı unudulmaz xatirələrindən danışıb: “Səhər tezdən Tunar, əsgərlərə yardım aparmaq üçün evdən çıxdı. Təxminən 10 dəqiqə sonra güclü partlayış səsi eşitdim. Qorxudum, çünki ermənilər Gəncəni vurmuşdular. Tunarın telefonuna zəng etsəm də, cavab verən olmadı. Saat 15 radələrində oğlumun nəşinin 3 saylı xəstəxananın morqunda olduğunu öyrəndik.”
Validə xanım əlavə edib ki, Tunar hər gün iş yerindən zəng edərək hərbi komissarlığın onu çağırmadığını deyirdi. O, hərbi xidmətə getmək üçün tələsirdi və dostlarına əşyalarını hədiyyə edərək sanki şəhid olacağını əvvəlcədən hiss edirdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı Cəlilabadda vəzifəyə təyin edildi
Bakıda axşam yağış yağacaq, bəzi bölgələrdə şimşək çaxacaq
Təhsil işçiləri Beynəlxalq Müəllimlər Günündə təltif edilib
Paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Bakıda sabah yağış yağacağı ehtimalı var
Qubanın dağlıq ərazilərinə ilki qar yağdı
Şahdağda qar yağışı qeydə alınıb