04.10.2026 - 13:21
Bakıda axşam yağış yağacaq, bəzi bölgələrdə şimşək çaxacaq
Ölkə 3 baxış

Bakıda axşam yağış yağacaq, bəzi bölgələrdə şimşək çaxacaq

Səhər saatlarında Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, lakin əsasən yağmursuz keçəcək. Minval.info xəbər verir ki, axşam saatlarında bəzi ərazilərdə yağış gözlənilir. Şimal-qərb küləyi gün ərzində cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-15° isti, gündüz isə 18-22° isti arasında dəyişəcək. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa qədər enəcək. Nisbi rütubət isə 60-70% arasında olacaq.

Azərbaycanın digər rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lənkəran-Astara bölgəsində isə arabir yağış yağacağı və şimşək çaxacağı ehtimal edilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə oluna bilər. Şərq küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 9-14° isti, gündüz isə 18-23° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 2° şaxtadan 3°-dək isti, gündüz isə 5-10° isti müşahidə ediləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: