24.07.2026 - 12:46
Ölkə 39 baxış

FHN-dən əhaliyə XƏBƏRDARLIQ: Temperatur 41 dərəcəyə çatacaq

Fövqəladə Hallar Nazirliyi həftəsonu gözlənilən isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Minval.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, şənbə və bazar günləri ölkə ərazisində havanın temperaturu yüksələrək bəzi bölgələrdə 41 dərəcəyədək çatacaq.

Nazirlik bildirib ki, belə hava şəraiti xüsusilə açıq ərazilərdə və meşə massivlərində yanğın riskini əhəmiyyətli dərəcədə artırır. Eyni zamanda, kondisioner və digər elektrik cihazlarından istifadənin artması elektrik şəbəkələrinin yüklənməsinə, nəticədə isə qısaqapanma və yanğın təhlükəsinə səbəb ola bilər.

FHN vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır. Qeyd olunur ki, ev və iş yerlərində elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, elektrik qurğularının texniki vəziyyəti mütəmadi yoxlanılmalı, aşkar olunan nasazlıqlar dərhal aradan qaldırılmalıdır.

Həmçinin əkin sahələrində, xırmanlarda, ot tayalarının yaxınlığında açıq oddan istifadə edilməməsi, siqaret çəkilməməsi, həyətlərin quru ot və tullantılardan təmiz saxlanılması tövsiyə olunur. Tam söndürülməmiş siqaret kötüyü, kibrit çöpü, şüşə qırıntıları və yanar maddələrlə islanmış materialların ətrafa atılmasının yanğın təhlükəsi yaratdığı vurğulanır.

Nazirlik meşəlik ərazilərdə istirahət edən vətəndaşlara da müraciət edərək tonqalın yalnız xüsusi ayrılmış yerlərdə qalanmasını, quru ot və kol-kos olan ərazilərdən uzaq seçilməsini, tonqalın nəzarətsiz buraxılmamasını və ərazi tərk edilərkən tam söndürülməsini tövsiyə edib. Küləkli hava şəraitində isə tonqal qalamaq qadağandır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: