02.04.2018 - 14:42
Gündəm 2 baxış

“Facebook” Nura Surini “erməni” paylaşımına görə blokladı – FOTO

 

Bir neçə gündür “Facebook”da azərbaycanlı tanınmışlara qarşı başlayan “bloklanma” sistemi müğənni Nura Suridən də yan keçməyib.

Minval.İnfo xəbər verir ki, belə ki, ifaçının şəxsi hesabı “Facebook” tərəfindən bir neçə günlük bloklanıb. Buna müğənninin Puşkinə aid olan “Sən oğrusan, sən qulsan, sən ermənisən!” sözlərini paylaşması səbəb olub. Suri bu haqda özü məlumat verib.

O bildirib ki, “Facebook” hesabı şikayət olunub: “Puşkinin ermənilər haqda dediyi sözləri paylaşdığıma görə, kimsə məni şikayət edib. Deməli, dostluğumda azərbaycanlı görünən ermənilər də var”.

Qeyd edək ki, son gü nlər bir çox sayt rəhbəri və vəzifəli şəxslərin hesabı “Facebook” tərəfindən bloklanır.

Minval.İnfo

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: