Facebook istifadəçiləri haqda şəxsi məlumatlar 150 şirkətə sızdırılıb - QALMAQAL
Facebook sosial şəbəkəsi ilə bağlı qalmaqal davam edir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Nyu York Tayms” qəzeti sosial şəbəkənin 150 şirkətə, o cümlədən Rusiyanın Yandeks şirkətinə istifadəçilərin şəxsi məlumatlarını toplamaq imkanı yaradıb.
Qəzet Facebook-un keçmiş işçiləri ilə söhbətlər aparıb, sənəd və hesabatları incələyib. Aydın olub ki, texnoloji şirkətlər Facebook istifadəçilərinin şəxsi məlumatlarına açıqlandığından daha dərin giriş imkanı əldə edib.
Məsələn, Microsot Bing axtarış sistemi Facebook istifadəçisinin dost siyahısını görmək şansı əldə edib, Netflix, Spotify və Yahoo axtarış sistemi istifadəçilərin şəxsi xəbərlərini oxumaq şansı qazanmışdı. Amazon isə istifadəçinin dost siyahısında onların kontakt məlumatları barədə məlumata giriş əldə edib.
Ümumilikdə, 150-dən artıq şirkətlə əməkdaşlıq edən Facebook 2010-cu ildən məlumat mübadiləsi aparıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!