“Facebook” işçilərinin ofislərə qayıtmasını 2022-ci ilə qədər təxirə saldı
“Facebook” şirkəti koronavirusun “Delta” variantının yayılması səbəbindən gələn ilin əvvəlinə qədər işçilərinə məsafədən işləmək barədə göstəriş verib.
Bu barədə CNBC məlumat yayıb.
“Delta” variantı ilə əlaqədar koronavirusa yoluxma hallarının artması ilə bağlı ən son məlumatlara əsaslanaraq ABŞ-dakı əməkdaşlarımıza 2022-ci ilin yanvarına qədər ofislərə geri dönmək təlimatı verilməyəcək”, – şirkətin açıqlamasında deyilir.
Qeyd edək ki, ABŞ-da son zamanlar “Delta” ştammının yayılması səbəbindən koronavirusla mübarizə üçün əlavə tədbirlər tətbiq edilib. Federal Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzindən bildirilib ki, ölkədə koronavirusa yoluxmaların 83 faizindən çoxunda məhz bu variant aşkarlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!