Fərhad Əhmədovun şirkəti məhkəməyə verildi
Milyarder işadamı Fərhad Əhmədova məxsus “Aznar” şirkəti barəsində məhkəmə iddiası qaldırılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Türkiyə şirkəti olan “Airland iklimlendirme ticraret” “Aznar” barəsində Bakı Kommersiya Məhkəməsinə şikayət daxil olub.
İddiada qeyd edilib ki, “Aznar” sözügedən şirkətdən təsərrüfat üçün texnikalar alıb, lakin müqavilə üzrə ödənişlər olunmayıb. İşə hakim Aytən Əliyevanın sədrliyi ilə baxılır.
Qeyd edək ki, bir neçə gün öncə Fərhad Əhmədov Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılaraq dindirilib. Onun adı şəhid polkovnik Babək Səmidlinin ordudakı qanunsuzluqlarla bağlı səs yazısının yayılmasında hallanırdı. Belə ki, biznesmen məlum səs yazısını qeydə aldığını etiraf etsə də, səsin kim tərəfindən yayıldığı bəlli deyil.
Məlumat üçün bildirək ki, F.Əhmədov “Aznar”ın Müşahidə Şurasının sədridir. O, 1,7 milyard dollar sərvətlə dünyada 49-cu ən varlı insan hesab olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Keçmiş icra başçısı Veyis Məmmədov vəfat etdi
İnarə Mirhəsənova TƏBİB-in müşaviri təyin edildi
Bakıda tələbələr üçün kirayə ev tapmaq çətinləşdi
Ağaclarda qanunsuz reklamlar: 267 qurğu söküldü
Çempionlar Liqası oyunları hansı kanalda?
Kolleclərdə boş yerlərə ixtisas seçimi başladı
Azərbaycanda süni intellekt tibbdə inqilab edir