15.06.2018 - 14:12
Kriminal
22 baxış
Fədayə Laçının məhkəmə işi ilə bağlı yenilik
Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən müğənni Fədayə Laçının cinayət işinin məhkəməyə göndəriləcəyi tarix məlum olub.Minval.info xəbər verir ki, Vəkil Türkel Süleymanlının APA-ya verdiyi məlumata görə, F. Laçının cinayət işində artıq əksər istintaq hərəkətləri yekunlaşıb, yalnız müəyyən ekspertiza məsələləri qalıb: “Buna görə də güman ki, istintaq avqust ayında bitəcək və iş baxılması üçün ərazi üzrə məhkəməyə göndəriləcək”.
Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakı- Astara – Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə bir neçə gün sonra keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva, müğənni Fədayə Laçınvə Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qalib Bayramova 8 il şərti cəza verildi
09.09.2026 - 22:33
Bakıda 500 minlik torpaq dələduzluğu məhkəmədə
09.09.2026 - 22:26
Jurnalist Nəcəfovun məzarından barelyef oğurlandı
09.09.2026 - 22:05
Tbilisi-Bakı qatarı 24 yaşlı kişini öldürdü
08.09.2026 - 14:35
İrandan PUA ilə narkotik keçirməyə cəhd ifşa edildi
08.09.2026 - 14:00
Anar Məmmədliyə 13 il həbs cəzası verildi
08.09.2026 - 12:01
Bakıda qızını bıçaqlayan qadına şərti cəza
08.09.2026 - 10:30
Balakəndə narkotik əməliyyatı: 169 çətənə kolu tapıldı
08.09.2026 - 09:55