Evə girərək pul kisəsini oğurladı - 1600 dollara görə həbs olunan qadın - FOTOLAR
Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyri-aşkar şəraitdə və zərərçəkənə maddi ziyan vurmaqla törədilən oğurluq hadisəsinin üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Minval.info–ya verilən məlumata görə, Bakı şəhər sakini Əliağa Kərimov yanvarın 27-də Polis Bölməsinə şikayət edərək bildirib ki, yaşadığı evdə içərisində 1600 ABŞ dolları və 300 manat olan pul kisəsi naməlum şəraitdə oğurlanıb.
Bölmə əməkdaşlarının “isti izlərlə” həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Nərimanov rayon sakini, əvvəllər məhkum olunmuş Fəridə Miriyeva saxlanılıb. Saxlanılan şəxsin üzərindən oğurladığı pulun bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb. F.Miriyeva bildirib ki, oğurluğa daxil olduğu evin qonşuluğunda qohumu yaşayır. O, qohumunun evinə gəlib-gedən zaman oğurluq məqsədi ilə həmin mənzilə daxil olduğunu etiraf edib.
ƏLAQƏLİ
Bayram məmmədovun ailəsində dəhşətli qətl: Anasını öldürməkdə qardaşı şübhəli bilinir
Faktla bağlı 39-cu Polis Bölməsində toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, zəruri istintaq hərəkətləri davam etdirilir.
Minval.info



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Goranboyda ailə faciəsi: Oğlu qətlə yetirən ata saxlanıldı
Tiktoker 8 sutkalıq həbs olundu: Sosial media paylaşımları başına bəla oldu
Sabunçuda dəhşətli ailə faciəsi: Şəxsiyyət vəsiqəsi üstündə ölümcül mübahisə
Şəmkirdə ailədaxili faciə: Arvadını qətlə yetirən şəxsə 15 il həbs cəzası
İcra başçısının arpa iddiası: Məhkəmə kəndlilərin tərəfində oldu