Evə gələndə qonşusunu həyat yoldaşı ilə görüb - Azərbaycanda qanlı cinayət (TƏFƏRRÜAT)
İsmayıllı rayonunda güllələnərək öldürülən qadının həyat yoldaşı tərəfindən qətlə yetirildiyi məlum olub.
APA-nın yerli bürosunun xəbərinə görə, Kürdmaşı kənd sakini, 1989-cu il təvəllüdlü Səfərova Ceyhunə Adil qızı həyat yoldaşı Cəfərov Elçin Kamil oğlu tərəfindən öldürülüb.
Elçin Cəfərov hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Məlumata görə, qətl hadisəsi namus üstündə baş verib. Gecə saatlarında evinə gələn E. Cəfərov həmkəndlisi, 1988-ci il təvəllüdlü Həsənov Məhəmmədıli Ağalar oğlunu evində, həyat yoldaşının yanında görüb. E. Cəfərov M. Həsənovu döyərək ona bədədn xəsarətləri yetirib.
Bundan sonra isə həyat yoldaşını güllə ilə vuraraq öldürüb.
Ağır kəllə-beyin travması alan M. Həsənov İsmayıllı Mərkəzi Rayon
Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda araşdırma aparılır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir