05.09.2022 - 14:24
Siyasət 1 baxış

Ermənistanın keçmiş baş nazirinin əmlakına həbs qoyulub

Ermənistanın keçmiş baş naziri Ovik Abramyana məxsus əmlaka həbs qoyulub.

“Report” xəbər verir ki, məlumatı “Aysor” yayıb.

Məlumata görə, ona qarşı başladılan cinayət işi üzrə istintaq başa çatıb.

Prokurorluqdan bildirilib ki, Abramyana məxsus əmlaka iddianın təmin edilməsi vasitəsi kimi qanunsuz mənşəli əmlakın müsadirəsi prosesi çərçivəsində həbs qoyulub. Sentyabrın 5-də Ovik Abramyan və ailə üzvləri Ermənistan Baş Prokurorluğuna çağırılıb. O, Dilicanda qanunsuz torpaq sahəsi əldə etməkdə ittiham olunur. Abramyana məxsus əkin sahələri 15 il müddətinə qanunsuz əldə edilən su ilə suvarılıb. Dövlət nəzarət xidməti ona məxsus istixanalarda qanunsuzluqlar aşkarlayıb.

Qeyd edək ki, o, 2014-cü il aprelin 13-dən 2016-cı il sentyabrın 8-dək baş nazir olub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: