“Ermənistanın blokadadan çıxmasına bir addım qalıb” – Rusiya Baş nazirinin müavini
Bu gün Ermənistanın nəqliyyat blokadasından çıxmasına bir addım qalıb.
Bunu Rusiya baş nazirinin müavini, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı Üçtərəfli İşçi Qrupun Rusiyadan olan həmsədri Aleksey Overçuk “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.
“Ermənistan yaxşı bilir ki, ölkənin gələcək iqtisadi inkişafını nəqliyyat blokadası əngəlləyir. Bu gün onun aradan qaldırılmasına bir addım qalıb”,- deyə Rusiya hökumətinin sədr müavini vurğulayıb.
Oveçruk Ermənistanın nəqliyyat blokadasından çıxarılması probleminin Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli formatında həll olunduğunu söyləyib:
Bəli, məhz bu məqsədlə regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün dövlət başçılarının qərarı ilə Azərbaycan, Ermənistan və Rusiya hökumət başçılarının müavinlərinin birgə sədrliyi ilə İşçi Qrup yaradılıb. Bu məqsədə nail olmaq Cənubi Qafqazın gərginlik ocağından sabitlik və iqtisadi tərəqqi regionuna çevrilməsi istiqamətində həlledici addım olacaq”.
Rusiyalı həmsədr bildirib ki, açıq kommunikasiyalar ticarət və humanitar əlaqələrin inkişafına, qonşuların bir-biri ilə ünsiyyət qurmasına imkan verəcək:
“Bu, regionun uzunmüddətli yaralarının ən yaxşı müalicəsidir. Rusiyaya da bu yollar çox lazımdır, çünki onlar bütün dost ölkələrin ərazilərindən keçəcək və dost ölkələrə çıxacaqlar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda dəhşətli avtobus qəzası: Ölən və yaralananlar var
Tanınmış plastik-cərrah bu evdə qətlə yetirilib - VİDEO
Xilasedicilərimiz daha 2 can qurtardı - 86 və 89 saat sonra... - VİDEO
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
Ermənistan ordusu hücuma hazırlaşır
"Leksus"dan düşüb dilənməyə başladı - Bakıda - VİDEO
İsrail səfirliyi Azərbaycanı təbrik edib