Ermənistan Rusiyanın himayə etdiyi hərbçini həbs etmək istəyir - foto
Ermənistanın hüquq-mühafizə orqanları Rusiyaya bağlı daha bir hərbçini cəzalandırmaqda israrlı olduğunu nümayiş etdirir.
Musavat.com bununla əlaqədar erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Ermənistanın xüsusi istintaq xidməti 1 mart 2008-ci il hadisələri ilə bağlı sabiq müdafiə nazirinin müavini Mikael Arutyunyanla bağlı Rusiya Federasiyasına ünvanlanan sorğuya cavab verilib. Qurumun mətbuat xidmətinin rəhbəri Marina Oqandcanyan deyib ki, buna səbəb Arutyunyanın Rusiya vətəndaşı olmasıdır.
Onun sözlərinə görə, hazırda M.Arutyunyanın nə zaman Rusiya vətəndaşlığını alması istiqamətində araşdırmalar aparılır. Konstitusiya quruluşunu dəyişməkdə ittiham olunan general-polkovnik M.Arutyunyan həbs olunmaq üçün axtarışa verilib. Lakin Beynəlxalq axtarışa verilmiş Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan bu ilin sentyabrında Rusiya ərazisində axtarış siyahısından çıxarılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!