Ermənistan parlamentində QALMAQAL - “Separatçıların bayrağı” tribunadan çıxarıldı - VİDEO
Bu gün – aprelin 12-də Ermənistan parlamenti özünün növbəti dörd günlük plenar iclasına start verib.
Modern.azsaytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, iclas qalmaqalla başlayıb. Belə ki, “Hayastan” fraksiyasının lideri, keçmiş müdafiə naziri Seyran Ohanyan toplantının əvvəlində tribunaya çıxaraq, müxalifətin iclası boykot etdiyini bildirib.
Seyran Ohanyan deyib ki, müxalifətdə olan “Hayastan” və “Mənim şərəfim var” fraksiyalarından olan deputatlar parlamentin plenar iclaslarına qatılmamağı qərara alıb.
O, bunu hakimiyyətin Qarabağ ermənilərinə biganə münasibəti ilə əlaqələndirib. S.Ohanyan deyib ki, hakimiyyət müxalifətin Qarabağla bağlı dinləmələrin keçirilməsi təkliflərini qulaqardına vurmaqla hansı yolu tutduğunu nümayiş etdirir.
Ohanyanın fikrincə, indiki Ermənistan hakimiyyəti ölkəni növbəti dəfə məğlubiyyətə, alçaldılmağa, suverenliyin itirilməsinə, “Qarabağ problem”nin daha da pisləşməsinə aparır.
Eks-nazir daha sonra “Qarabağ separatçılarının bayrağı”nı parlamentin tribunasından asaraq deyib:
“Biz iclaslarda iştirak etmək əvəzinə Qarabağa və Ermənistanın sərhədyanı rayonlarına gedəcəyik”.
Eks-nazirin bəyanatı və “Qarabağ separatçılarının bayrağı”nı tribunaya gətirməsi hakim “Mülki müqavilə” fraksiyasından olan deputatların etirazına səbəb olub.
Hakim partiyanı təmsil edən deputat Vahan Aleksanyan tribunaya çıxaraq “separatçıların bayrağı”nı oradan götürüb. O, daha sonra keçmiş müdafiə naziri Seyran Ohanyanı ara qarışdırmaqda ittiham edib.
“Şöhrətin olmaması taleyə, axmaqlıq isə gündəlik işə çevriləndə keçmiş müdafiə nazirləri (Ohanyan nəzərdə tutulur – red.) Qarabağ bayrağı ilə meydana çıxıb, onu parlamentin tribunasına qoymalıdırlar”, – Aleksanyan bildirib.
Onun sözlərinə görə, müxalifət nümayəndələri 30 il hakimiyyətdə olduqları müddətdə yalnız bir işlə – “ölkəni soymaq”la məşğul olublar.
Vahan Aleksanyana cavab verən Seyran Ohanyan isə bildirib ki, belə bir şəraitdə hakim çoxluqdan olan deputat Ermənistan parlamentinin tribunasından “Qarabağ bayrağı”nı çıxarırsa, bu, onu deməyə əsas verir ki, hakimiyyət Qarabağdan əlini üzüb.
https://youtu.be/7lkZ0nyBl6w
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi
Macarıstanda dizel avtomobil sahiblərinə pul müjdəsi!