Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı alındı - Video
Romada keçirilən U-20 Avropa çempionatında yarışan Azərbaycan idmançısı Sabir Cəfərov qalmaqala səbəb olub.
“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, yarışda uğurlu çıxış edən idmançı finala qədər irəliləyib. O, həlledici görüşdə erməni güləşçisi Hayk Papikyana 3:2 hesabı ilə məğlub olub və gümüş medal əldə edib.
Lakin mükafatlandırma zamanı erməni himni səsləndirilərkən Sabir Cəfərov kürsünü tərk edib. Məhz bu, böyük qalmaqala səbəb olub. Nəticədə təşkilatçılar Sabir Cəfərovu yarışdan kənarlaşdırıb və gümüş medalı əlindən alınıb.
***
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən sorğumuza cavab olaraq məsələyə belə münasibət bildirilib: “U-20 Avropa çempionatını təşkil edən Dünya Güləş Birliyinin öz qaydaları var. Azərbaycan millisinin güləşçisi Sabir Cəfərov qaydaları pozduğu üçün medalı əlindən alınıb”.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nərminə görə tutulan İlkinə polis əmisioğlu kömək edib?
Yoluxanların sayı 200-dən aşağı düşdü
Azərbaycanlılar niyə İranı seçir? - Ekspert AÇIQLADI
Hər oyundan əvvəl "Qurani-Kərim"dən surələr oxuyan futbolçu kimdir? - VİDEO
Zığ şossesindəki yanğın söndürülüb - FOTOLAR
Gəncənin yeni başçısı 8 nəfəri işdən azad etdi