Ermənistan: "Hər an saraydaxili çevriliş baş verə bilər" – Erməni mediası
Ermənistanın baş naziri Nikol Paşinyan may ayında növbədənkənar parlament seçkilərini keçirilməsi istəyir. Lakin növbədənkənar seçkilərin keçirilməsinin baş tutmaması istisna deyil.
Avropa info xəbər verir ki, bu haqda Ermənistanın “joqovurd” qəzeti yazıb. Qəzetin yazdığına görə, baş nazir Nikol Paşinyan fakt qarşısında qalıb.
” İrəvan meriyasına seçkilərin təbliğat kampaniyası dövründə Paşinyanla nazirlər kabinetinin bəzi üzvləri arasında gərgin münasibətlər yaranıb, onlar bir-birinin ünvanına ittiham və təhqir dolu fikirlər səsləndirirlər. Artıq Paşinyan hökuməti dağılmaq üzrədir, baş nazir müttəfiqlərini itirməkdədir”- qəzet yazır.
Mətbu orqanı qeyd edib ki, artıq Respublikaçılar Partiyası, “Çiçəklənən Ermənistan” və “vıxod” blokundan olan deputatlar növbədənkənar parlament seçkiləri keçirilməsi ilə bağlı layihəyə səsə verməyəcəklərini bəyan edirlər.
“Əgər Paşinyan konstitusiyaya dəyişiklik etmək istəyərsə, o zaman bu dəyişikliyi parlamentdən keçirə bilməyəcək. Digər tərəfdən isə mövcud konstitusiyanın tətləblərinə uyğun olaraq parlament baş naziri istefa verərsə və yaxud da baş nazir iki dəfə seçilə bilməyəndə buraxıla bilər. Ona görə də yaranmış durum çox təhlükəlidir. Çünki bu zaman saraydaxili çevrilişlər baş verə bilər”- erməni mətbuatı belə yazır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!