Ermənilərin qəhrəman elan etdiyi Aqasyanın cəsədi Tərtərdə tapıldı (FOTO)
44 günlük müharibə zamanı Ermənistanda qəhrəman elan edilmiş ikinci dərəcəli “Döyüş xaçı” medalının sahibi Artur Aqasyanın cəsəd qalıqları tapılıb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Artur Aqasyan 2016-cı ilin Aprel döyüşləri zamanı da kiçik çavuş rütbəsində Azərbaycana qarşı vuruşub.
016-cı ilin may ayında ona leytenant rütbəsi, 2018-ci ilin mayında isə baş leytenant rütbəsi verilib.
Artur Aqasyanın cəsədinin qalıqları Tərtərin işğaldan azad olunmuş Suqovuşan qəsəbəsində tapılıb.
Axtarış aparan dəstənin üzvü olan əsgər Aqasyanı cəsədin üstündə tapılan xaçdan, bıçaqdan və telefondan tanıyıb.
Qeyd edilir ki, Arturun qardaşı Arsen Aqasyan da qalıqları bir neçə ay əvvəl Qarabağda aşkarlanıb və şəxsiyyəti DNT analizi ilə müəyyən edilib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ARB-nin əməkdaşı iki övladını itirdi - FOTO
Beyləqanda döyülərək öldürülən qızın — SON VİDEOSU
Yanvarın 15-dən Qarabağa müntəzəm avtobus reysləri açılacaq
Vəzifə başında ölən və öldürülən məmurlar - FOTOLAR
Düşmənin silah-sursat anbarı partlayıb
Koronavirus üçün hazırlanan peyvənd tətbiq edildi - FOTOLAR