22.06.2018 - 23:13
Ölkə
29 baxış
Ermənilər bu bölgələrimizi izləmək üçün gizli kameralar quraşdırıb - FOTOLAR

Son vaxtlar Azərbaycan ordusunun güclənməsi faktlarından ehtiyat edən ermənilər təcili tədbirlər görməyə başlayıblar.
Minval.İnfo Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Tarix fakültəsində böyük elmi işçi, erməni dili üzrə ekspert İsmayıl Tanrıverdi məlumat yayıb. Məlumatda bildirilir ki, ermənilər ön mövqelərdə Baş ştabla (hətta görüntülü) əlaqə yaratmaq üçün Günəş batareyaları və video kameralar quraşdırmağa başlayıblar.
Professor bildirib ki, mötəbər mənbədən alınan foto görüntülü materiala istinadən Bərdə, Tərtər, Ağcabədi istiqamətində 42 metr hündürlüyündə quraqşdırdıqları video kamera isə 50 km-lik radiusda bütün hərəkət edən texniki avadanlıqları və canlıları müşayiət etməyə qadirdir.
Maraqlı olan isə odur ki, bütün bu işlərə ixtisaslı mütəxəssislər deyil, Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşları ilə birlikdə xüsusi xidmət dəstələrinin keçmiş rəisi A. Ğaramyan və onun keçmiş müavini Q. Sərkisyan rəhbərlik edirlər. Qeyd edək ki, A.Ğaramyan hazırda Ermənistan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsidir.
Məlumatda bildirilib ki, 14 mərtəbəli bina hündürlüyündə olan 42 metrlik qüllənin və ətrafdakı bütün beton bərkitmə işlərinin quraşdırılması cəmi 12 – 13 saat ərzində başa çatıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Pirəkəşküldə zəhərli ilanlar evləri bürüdü
10.09.2026 - 10:48
Günel Ziyadova: Analıq və həkimlikdə çətinliklər
10.09.2026 - 10:41
Bakı Hərbi Kollecinin kursantı faciəvi şəkildə vəfat etdi
10.09.2026 - 10:34
Azərbaycanda ətin qiymətinə subsidiya dəstəyi!
10.09.2026 - 09:59
Bakubus-un ikinci deposu siyahıdan çıxarıldı
10.09.2026 - 09:38
Azərbaycan-Qazaxıstan dəniz marşrutu yenidən bərpa olunur
10.09.2026 - 08:56
Alkoqollu içkilərə yeni gömrük rüsumları tətbiq edildi
10.09.2026 - 08:42
Yandex Ermənistan rəhbərinin Qarabağ bağlantısı ifşa oldu
10.09.2026 - 08:28





