30.12.2021 - 12:47
Hadisə
16 baxış
Ermənilər Ağdamda “Bakcell"in əməkdaşına atəş açaraq yaraladı, cinayət işi başlanıldı (VİDEO)
Erməni Silahlı Qüvvəlləri Ağdamda xidməti vəzifəsini icra edən “Bakcell” MMC-nin əməkdaşınına atəş açaraq yaralayıb.Minval.info xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilən “Yeddi xırman” adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunun odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla “Bakcell” MMC-nin əməkdaşı Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvəlləri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11(quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
https://youtu.be/Fgi_ZecUyAo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yanğın təhlükəsi: Sakinlər kömək istəyir!
14.09.2026 - 10:28
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
13.09.2026 - 20:56
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
13.09.2026 - 19:11
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
13.09.2026 - 13:35
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
13.09.2026 - 12:04
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
13.09.2026 - 11:43
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var
13.09.2026 - 09:58
Qanlı göldə balıqların kütləvi ölümü!
13.09.2026 - 09:51