Ermənistan parlamentinin spikerinin Azərbaycanla bağlı yalanları ermənilərin canına qorxu salıb.

Konkret.az xəbər verir ki, spiker Alen Simonyan Ermənistanın İctimai Televiziyasının efirində “ölkəyə soxulmuş diversantlarla bağlı” razılaşdırılmamış çıxış edib və bu, Ermənistanda geniş rezonans doğurub.

“Düşmənin diversiya qrupları Ermənistan ərazisinə soxulub”, – deyə Simonyan Azərbaycana böhtan atıb.

Lakin Ermənistan Müdafiə Nazirliyi diversantlarla bağlı heç bir məlumatının olmadığını bildirib. Simonyanın gözlənilməz çıxışından dərhal sonra sərhəd rayonlarının sakinləri arasında çaxnaşma yaranıb.

“Sisyanda, Vardenisdə (Basarkeçər), Martunidə, hətta Masis və Alaverdidə hər gün bir neçə belə qrup ifşa olunur. Lakin məlum olur ki, onlar zərərsiz turistlər, qonşu rayonlardan gələn qonaqlar və ya Rusiyadan gələn yerli əhalinin qohumlarıdır”, – deyə “Qolos Armenii” qəzeti yazıb.

Erməni KİV-ləri Azərbaycanla həmsərhəd rayonların sakinlərinin kəndlərində silahlanmış gecə keşikçiləri təşkil etdiyini bildirir.

“Gecələr növbətçiliyə başlayıblar. Kimsə paltarda, baltasını balışının altında gizlədərək yatmağa gedir, kimsə ancaq evdəkilərin müşayiəti altında həyətdəki tualetə qaçır, kimsə uşaqları məktəbə aparmaqdan imtina edir… Belə bir səviyyəli şəxsin diversantlar haqqında danışması insanları qorxuya düşməyə əsas verib”, – deyə nəşr yazıb.

Yerli hakimiyyətin sərhədyanı rayonların əhalisini sakitləşdirmək cəhdləri nəticə vermir. Telegram-da erməni ictimaiyyəti Alena Simonyanı məsuliyyətsizlikdə və informasiya təxribatında ittiham edir.

“Sənin ağlın hardadır, Alen? Sən birinci kanalın efirində nə edirsən, bu təxribatçı çıxışını əvvəlcədən razılaşdırmısan? Və ümumiyyətlə, sən qanunverici orqanın rəhbəri kimi, hərbi əhəmiyyət kəsb edən əməliyyat məlumatlarını ictimaiyyətə açıqlamaqda qətiyyən səlahiyyəti olmayan bir şəxs kimi davranırsan. Onların etibarlılığını bilərəkdən və diqqətlə yoxlamadan belə məlumatları açıqlamağa hansı hüquq sənə icazə verir? Necə olur ki, məsuliyyətsiz bəyanatla ölkədə tufan qoparıb öz sahən olmayan yerə girirsən?”, – erməni spikerə qəzəbli müraciətlərin birində deyilir.

Alen Simonyan Paşinyanın komandasında əsas fiqurlardan biri və təcrübəli qərbyönlü siyasətçidir. Onun son çıxışlarından belə qənaətə gəlmək olar ki, Simonyan Ermənistanda sadəcə olaraq anti-Rusiya əhval-ruhiyyəsini körükləyir.

Sərhəddə atəşkəs elan olunduqdan dərhal sonra Alen Simonyan sensasion bəyanat verdi ki, bəs biz buna görə ABŞ-a borcluyuq. Nensi Pelosinin gəlişi də guya Simonyanın sifarişi olub.

Erməni spiker həmçinin KTMT-ni kəskin tənqid edib, hərbi-siyasi alyansı fəaliyyətsizlikdə və Ermənistana kömək etmək istəməməkdə ittiham edib.

Sorosun Ermənistandakı aktiv əlaltılarından biri olan Simonyan Rusiyanı hədəf seçərək ABŞ-ın daha çox xoşuna gəlmək üçün Azərbaycana birbaşa böhtan atmaqdan da çəkinmir.