16.11.2026 - 15:54
Əməliyyatdan sonra qəribə hadisə: İki ildir insanları pişik sifətində görür
Maraqlı 370 baxış

Əməliyyatdan sonra qəribə hadisə: İki ildir insanları pişik sifətində görür

ABŞ-da yaşayan 28 yaşlı Karl beyin əməliyyatından sonra nadir bir görmə pozğunluğu ilə üzləşib. İki ildir ki, o, insanların üz cizgilərini öz ev heyvanı olan Luna adlı pişiyinin simasında görür.

Publika.az-ın məlumatına görə, bu hadisə “Cortex” jurnalında dərc olunub. Məlumata əsasən, Karlın beyində qanaxmaya səbəb ola biləcək arteriovenoz malformasiyanın çıxarılması üçün əməliyyat keçirilib. Bu qeyri-adi simptomlar əməliyyatdan sonra özünü göstərməyə başlayıb.

Hadisə Dartmut Kollecinin alimləri tərəfindən araşdırılıb. Mütəxəssislər, Karlın yaşadığı vəziyyəti üz qavrayışının pozulması ilə xarakterizə olunan prosopometamorfoziya ilə izah edirlər. Alimlər bildirir ki, əməliyyat zamanı beynin, üzlərin tanınmasında mühüm rol oynayan sağ gicgah payının bir hissəsinin çıxarılması bu vəziyyətə təsir göstərmiş ola bilər.

Araşdırmanın müəlliflərindən biri olan psixoloq Bred Düşeyn qeyd edib ki, Karlın insanlarda pişik, pişiyində isə insan cizgilərini görməsi yaddaşda saxlanılan xüsusiyyətlərin ani vizual qavrayışa təsir edə bildiyini göstərir.

Tədqiqatçılar bu cür nadir qavrayış pozğunluqlarının daha dərindən öyrənilməsi üçün əlavə araşdırmalara və süni intellekt texnologiyalarından istifadəyə ehtiyac olduğunu vurğulayırlar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: