Əməkdar artist Sevda Məmmədzadə komada: Vəziyyət kritikdir
Əməkdar artist və tanınmış diktor Sevda Saleh Məmmədzadənin səhhəti ciddi şəkildə pisləşib və o, komaya düşüb.
Minval.info xəbər verir ki, Sevda Məmmədzadənin qızı Gültən Ramazanova anasının vəziyyəti ilə bağlı açıqlama verib. O bildirib ki, anasının böyrəkləri fəaliyyətini dayandırıb və həkimlər vəziyyətin kritik olduğunu qeyd edirlər. “Anamın son saatlarıdır, orqanizm tab gətirmədi. Anam komadan ayılmadı. Həkimlər ümidli deyil və vəziyyəti hər saat pisləşir”, – deyə Gültən Ramazanova bildirib.
Xatırladaq ki, Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Ona baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları qoyulub.
ƏLAQƏLİ
İcbari tibbi sığortanın xərcləri 2027-ci ildə əhəmiyyətli dərəcədə artırılır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İcbari tibbi sığortanın xərcləri 2027-ci ildə əhəmiyyətli dərəcədə artırılır
51 yaşında ilk dəfə ana oldu: "Kral əkizlər" dünyaya gətirdi
Payızda ürəyi qoruyaraq idman etməyin yolu açıqlandı
Evdə biri qripə yoluxubsa, digərləri necə qorunsun?
Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil
Elektron siqaret çəkənlərin nəzərinə!
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar