Əməliyyat sonrası ölüm: Adilin faciəli taleyi niyə diqqət Mərkəzindədir?
Bakı şəhərində yaşayan 33 yaşlı Adil Rzayevin mart ayında keçirdiyi cərrahi əməliyyatdan 12 gün sonra həyatını itirməsi ilə əlaqədar cinayət işi başlanıb.
Minval.info xəbər verir ki, Yasamal Rayon Prokurorluğu bu hadisə ilə bağlı Cinayət Məcəlləsinin 142.4-cü maddəsi üzrə araşdırmalara başlayıb. Bu maddə tibbi xidmətin göstərilməsi qaydalarının pozulması nəticəsində ölüm hadisəsini əhatə edir.
Mərhumun ailə üzvləri Baş prokuror Kamran Əliyevin qəbulunda iştirak edərək, məsələnin daha dərindən araşdırılmasını tələb ediblər. Bu müraciətdən sonra cinayət işinin başlanmasına qərar verilib.
ƏLAQƏLİ
Rusiyada azərbaycanlı gəncin keçmiş sevgilisini öldürməsinin təfərrüatı
Xatırladaq ki, Adil Rzayevin atası Ərəstun Rzayev, oğlunun Respublika Diaqnostika Mərkəzində cərrah İlqar İsmayılov tərəfindən əməliyyat edildiyini və əməliyyatın düzgün icra olunmadığını iddia etmişdi. O, həkimin məsuliyyətə cəlb olunmasını tələb etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada azərbaycanlı gəncin keçmiş sevgilisini öldürməsinin təfərrüatı
ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir