17.09.2026 - 11:30
Ölkə 32 baxış

Elektrik xaricə ucuz, daxildə bahadır!

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xarici ölkələrə 319 milyon 39,4 min kVt/saat elektrik enerjisi ixrac edilib. Xaricə satılan elektrik enerjisinin gömrük dəyəri 16 milyon 628,7 min dollar təşkil edib.

Minval.info xəbər verir ki, bu rəqəmlərə əsasən, xaricə satılan 1 kVt/saat elektrik enerjisinin gömrük dəyəri 5,2 sent və ya mövcud məzənnə ilə 8,9 qəpik təşkil edir. Bu qiymət, daxili bazarda satılan elektrik enerjisinin qiymətindən daha ucuzdur.

Ölkə daxilində əhaliyə satılan elektrik enerjisinin qiyməti 8,4 qəpik (200 kVt/saat-a qədər), 10 qəpik (200-300 kVt/saat olduqda) və 15 qəpik (300 kVt/saat-dan artıq olduqda) arasında dəyişir. Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 11,1 qəpik təşkil edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: