Ekspert: “Fransa prezidentliyinə namizədin Qarabağa səfəri təxribatdır”
“Fransa prezidentliyinə namizəd, İl de Frans Region Şurasının sədri Valeri Pekresin Xankəndiyə səfəri Azərbaycanla Fransanın münasibətlərinə mənfi təsir göstərən təxribatdır”.
“Minval.info” xəbər verir ki,bunu “Report”a ekspert və politoloq Zaur Məmmədov bildirib.
“Təəssüf ki, Fransa siyasətçiləri tərəfindən daha bir təxribat addımının şahidi olduq. Valeri Pekresin qarşıdakı prezident seçkisi ərəfəsində Fransanın müxtəlif bölgələrini dolaşaraq təbliğatla məşğul olmaq əvəzinə, uzaq Ermənistana, daha sonra Xankəndiyə səfəri təəccüb doğurur. Mənə elə gəlir ki, seçki günü fransızlar ondan bunu soruşacaqlar”, – ekspert deyib.
Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyan regionda nəqliyyat və rabitə layihələrinin icrasına tərəfdar çıxmaqla yanaşı, başçılıq etdiyi hökumət Qarabağda bu kimi açıq təxribatlara yol verir: “Əlbəttə, burada sülhməramlıların da xeyli məsuliyyət payı var.
Politoloq Rusiya sülhməramlılarının bu cür səfərləri Azərbaycan hökuməti ilə razılaşdırmalı olduqlarını diqqətə çatdırıb: “Laçın dəhlizi həmin ərazilərə əcnəbilərin, həm də təxribatçıların gəlməsi üçün açılmayıb. Bu kimi səfərlər Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinə mənfi təsir göstərir və Azərbaycan, Ermənistan, Rusiya arasındakı üçtərəfli razılaşmanın şərtlərinə ziddir. Bu cür təxribatlara yol verənlər həm də yerli erməni əhalisinə böyük zərər verir ki, bu da dolayı yolla Ermənistan vətəndaşlarına təsirsiz ötüşməyəcək. İrəvan da başa düşməlidirlər ki, müəyyən qüvvələr onlardan öz məqsədləri üçün istifadə edirlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!