Efendi dünyanın ən nüfuzlu festivalında - Video
EFENDI Baltikyanın ən nüfuzlu musiqi tədbirlərindən biri — Yurmalada keçirilən, əfsanəvi latviyalı müğənni Laima Vaikulenin təşkil etdiyi “Laima Rendezvous” festivalında çıxış edib.
Sənətçinin çıxışı 125 ildən artıq tarixə malik əfsanəvi Dzintari konsert zalının səhnəsində baş tutub.
Minval.info xəbər verir ki, fəaliyyət göstərdiyi illər ərzində bu səhnə bir çox tanınmış sənətçiləri qəbul edib və Latviyanın ən mühüm mədəniyyət məkanlarından birinə çevrilib.
“Laima Rendezvous”a dəvət olunmaq mənim üçün böyük şərəfdir. Bu, inanılmaz atmosferi, gözəl Yurmalası və möhtəşəm Dzintari səhnəsi ilə xüsusi bir məkandır. Belə bir festivalın bir hissəsi olmaqdan və bu axşamı istedadlı sənətçilərlə bölüşməkdən çox xoşbəxtəm”, — deyə EFENDI bildirib.
Azərbaycanı “Eurovision-2021” mahnı müsabiqəsində təmsil edən EFENDI beynəlxalq səhnədə musiqi fəaliyyətini uğurla davam etdirir və Azərbaycan musiqisini geniş auditoriyaya təqdim edir.
SOSİAL MEDİA MƏZMUNU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nigar Tofiq nişanını qaytardı: "Ona reklam lazım idi
Gömrükdə rəqəmsal inqilab: Ticarət asanlaşır!
Sonaxanım Əliyevanın adından dələduzluq olayı!
Dilqəm Əsgərovun məhkəməsində gərgin anlar yaşandı
Cem Yılmaz xəstəxanadan çıxdı: Ailə ilə nərd vaxtı
İmişlidə yetkinlik yaşına çatmayan qızın toyu dayandırıldı
Tarakan ferması ilə aylıq 3000 dollar qazanc!