Dünyada yeni ölümcül virus yayılır: Afrikada fövqəladə vəziyyət…
Qərbi Afrika ölkəsi olan Nigeriyada heyvanlardan insanlara keçən və ölümcül olan “Lassa” adlı virus peyda olub.
Son günlər ortaya çıxan bu virusdan artıq 42 nəfərin öldüyü bildirilir.
Nigeriya Xəstəlik Yoxlama Mərkəzindən verilən açıqlamaya görə, virus ölkənin Bauchi, Benue, Ebonyi, Kaduna və Taraba başda olmaqlar, 16 əyalətinə yayılıb. Ölkə boyu 538 nəfərin virusa yoluxduğu, onlardan 42 nəfərinin həyatını itirdiyi bildirilir.
Nigeriya hökuməti virus səbəbilə ölkədə fövqəladə vəziyyət elan edib.
Yayılan virusla bağlı Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) hələlik heç bir açıqlama gəlməyib. Nigeriya Səhiyyə Nazirliyi isə virusa yoluxmuş insanların analizlərinin artıq bu təşkilata göndərildiyini açıqlayıb.
Qeyd edək ki, siçan nəcisi ilə yayılan xəstəlik, insandan insana sürətlə keçir və bədəndə qanamalara, yüksək hərarətə səbəb olur. (Musavat.com)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!
