Dünya taxıl böhranında tək günahkar Rusiya deyil: Savaşı qızışdıranlar...
“Dünyadakı ərzaq həyəcanlarının bir çox səbəbləri mövcuddur. Əvvəla, nəzərə almaq lazımdır ki, BMT nəzdində və FAO timsalında dünyanın ciddi qida böhranları ilə üzləşəcəyi proqnozlaşdırılır. Mən belə hesab edirəm ki, bunun siyai səbəblərindən daha çox iki komponenti diqqətə alınmalıdır: 1) İqlim dəyişmələri və buna qarşı planetar məsuliyyət şüurunun passiv qalmağı. 2) Dünyadakı təbii və istehsal edilən malların bölgüsündəki ədalətsizlik”.
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
ƏLAQƏLİ
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
O əlavə edib ki, özəlliklə, buğda ilə bağlı yaranan situasiyada günahkarların episentri daha böyükdür: “Rusiyanın Ukraynaya qarşı başlatdığı savaş sözsüz ki, buğda təminatıyla bağlı haqlı narazılıqlar yaradır. Amma buğda ilə bağlı neqativ tendensiyalarda təkcə Rusiya deyil, savaşı qızışdıran Qərb imperializmi, Amerika mərkəzli güclər, eyni zamanda bu gün taxıl idxalı ilə bağlı haqsız skeptika nümayiş etdirən Hindistan və digər ölkələr də günahkardır”.
Tural İsmayılov vurğuladı ki, Türkiyə-Rusiya siyasi tandemi bu problemdə böyük dəyişiklik yaradacaq: “Təkcə Qara dənizin minalardan təmizlənməsi məsələsində deyil, eyni zamanda Rusiya-Ukrayna müharibəsində barışıq danışıqlarında da Türkiyə mühüm rolu oynayacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Qusar icra hakimiyyəti bayraqlara 12 min xərcləyir
Müəllimlərin maaşı 35% artacaq: 31 min nəfər faydalanacaq
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir
Xırdalanda daş sexinə görə 2 500 manat cərimə
Hindistanda bank soyğunçusu bibər tozuyla yaxalandı